Əsas səhifəMaraqlı“COVID-19”u 10 dəqiqəyə aşkarlayan ekspress test hazırlanıb
PAYLAŞ

“COVID-19”u 10 dəqiqəyə aşkarlayan ekspress test hazırlanıb

Maraqlı 22 May 2021 08:53 985


Helsinki Universitetinin alimləri koronavirusa yoluxmanı 10 dəqiqə ərzində aşkar etməyə imkan verən yeni ekspress test hazırlayıblar. Bu haqda Finlandiyanın “Yle” dövlət teleradio şirkəti məlumat verib.


“COVID-19” üçün yeni antigen test hər yerdə istifadə olunan PSR testlər qədər dəqiqdir. Onun hava limanları, dəniz portları və təhsil müəssisələrində istifadəsi təklif edilir.
Təcrübədə pambıq çubuğu ilə burundan götürülmüş nümunə “SARS-CoV-2” virusunun proteinlərini tanıyan anticisimlərdən ibarət məhlula yerləşdirilir. Onlar molekulyar aqreqat yaradaraq birləşirlər. Məlumata görə, bu ekspress-test yoxlayan insan üçün təhlükəsizdir, çünki virus məhlula düşdükdə qeyri-aktiv olur.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020